Kriminal

Gəncədə evdən 116 min manata yaxın pul oğurlanıb

Gəncədə evdən 116 min manata yaxın pul və 30 min manatlıq qızıl əşyalar oğurlanıb.

DİN-dən verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin yanvar ayında Gəncə şəhəri ərazisindəki evlərin birindən 115 700 manat pul və 30 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Əflaki saxlanılmış, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.