Gənclər fonduGündəmManşetMədəniyyət

“Xəzərin Sahilində-2018” festivalı həyata keçirilir

28 iyul 2018 – ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın Ağ Şəhər Bulvarında “Xəzərin Sahilində – 2018” festivalının növbəti həftəsi baş tutub.

Fonddan Aktor.Az-a verilən məlumata görə, axşam saat 20:00-dən 23:00-dək davam edən festivalın  musiqili hissəsində  “Ahmedowsky trio” qrupu öz şən və maraqlı ifası ilə  iştirakçıların daha da əyləncli bir axşam keçirməsinə səbəb olmuşdur.

Qeyd edək ki, 14 iyul – 1 sentyabr tarixləri arasında  hər həftənin şənbə günü, saat 20:00–dən 23:00- dək  Ağ Şəhər Bulvarında festivala qoşulub isti yay günlərində iş həftəsinin yorğunluğunu ata bilərsiniz.

Festival ərazisində iştirakçılara piknik etməyə, gənclərin müxrəlif oyunlar, və yarışlar keçirməsinə şərait yaradılır.

Festivala giriş ödənişsizdir.