GündəmXəbər xətti

Bakıda işıqlar söndü, metro dayandı – RƏSMİ

Bakının bir çox ərazilərində, eləcə də əksər rayonlarda işıqlar sönüb.Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata əsasən işıqların sönməsi səbəbilə yenidən “Bakı Metropoliteni”nin fəaliyyəti dayanıb.Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metronun bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında hərəkətin bərpa olunduğunu bildirib:

“Saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığlndan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub”