FotoGündəmKinoManşetSiyasətXəbər xətti

“Şəhidlik zirvəsi”filminin təqdimatı olub – FOTOLAR

Sumqayıt şəhəri N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Şəhidlik zirvəsi” qısametrajlı sənədli-bədii filmin təqdimatı keçrilib.

 

Aktor.Az xəbər verir ki, Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin tərəfindən həyata keçrilən bu filmdə, Lələ Təpə döyülərində qəhrəmancasına şəhid düşmüş mayor Elnur Əliyevin həyatından bəhs edir.

 

Tədbirdə millət vəkillərindən Aqil Abbas, Qənirə Paşayeva, Sumqayət şəhər ziyalıları, hərbiçilər, qazilər, Elnurun boya-başa çatdığı Dədəli kənd nümayəndələri, şəhid anaları və yüzlərlə şəxs iştrak edirdi.

 

Filmin təqdimatında iştirak edən qonaqlar növbə ilə qürurla film haqda öz fikirlərini bildirdilər. Cəbhə dostlarından tutmuş millət vəkillərinədək yaradıcı kollektivi təbrik etdilər. Saat yarım davam edən bu tədbir iştrakçıların qəlbində hələ uzun müddət yaşayacaqdır. Film tarixə düşərək Elnur bəylə əbədi yaşayacaqdır.

 

Filmin ssenari və ideya müəllifi Gəray Əlibəyov, rejissoru Sahil Nəzərovdur.