KriminalXəbər xətti

Azərbaycanda kriminal avtoritet həbsdə ölüb

Azərbaycanda məhbus ölüb.APA-nın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dünyasını dəyişib.

 

Kriminal aləmin üzvü olduğu bildirilən E. Fərhadov 2009-cu ildə Ağdaş rayonunda keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi “Makarov” tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək qətlə yetirib.

 

Məhkəmənin qərarı ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.