Kriminal

Abşeronda ağır yol qəzası: ölən və yaralananlar var

Bakı. Samir Əli – Trend:

Abşeron rayonunda ağır yol qəzası baş verib.Trend-in məlumatına görə, hadisə rayonun Digah-Mehdiabad yolunda baş verib.

Mehdiabad qəsəbəsindən Digah istiqamətində hərəkətdə olan Şərifov Ağa Manaf oğlunun idarə etdiyi “Toyota Prado” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan və ötmə əməliyyatı aparan 1991-ci il təvəllüdlü Xudiyev Natiq Əlirza oğlunun idarə etdiyi “Lada” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Lada” markalı avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü İbrahimov Vaqif İbrahim oğlu hadisə yerində ölüb, sürücü və digər sərnişin Xudiyev Azad Azər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.