Kriminal

Bakı-Sumqayıt qatarı gənc qızı vurdu

Abşeron rayonunun Xırdalan şəhərində qatar gənc qızı vuraraq ona ağır xəsarət yetirib.”Report” xəbər verir ki, 1992-ci il təvəllüdlü Yaqubova Aytən Ədalət qızı ötən gecə platformada relslərə yaxın ərazidə dayanarkən, Bakı-Sumqayıt reysi ilə hərəkətdə olan sürət qatarı onu vurub.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.