Gənclər fonduGündəmManşetMədəniyyətSiyasətSosialXəbər xətti

“Dialoq məkanı: Azərbaycan” layihəsinə start verilir

Azərbaycanda “Dialoq məkanı: Azərbaycan” layihəsinin icrasına start verilir.Aktor.Az xəbər verir ki,layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, gənc fəal Aygün Gözəlovanın təşkilatçılığı ilə həyata keçirilir.

 

Layihənin məqsədi gənclərdə islam həmrəyliyi ilə bağlı məlumatlılığın artırılmasıdır. Qeyd etmək yerinə düşər ki, gənclərdə bu sahəyə maraq yaratmaqla bərabər, həm də islam həmrəyliyinin Azərbaycan nümunəsinin xüsusiyyətləri və üstünükləri ilə bağlı informasiyaların mənimsənilməsinə meylin artırılması da olduqca vacibdir.

 

Layihə həyata keçiriləcəyi 3 ay ( 16 oktyabr 2017- 16 yanvar 2018) müddətində Bakı şəhərində fəaliyyət göstərən 2 ali təhsil müəssisəsi, 2 kollecin tələbələri, 2 orta məktəbin yuxarı sinif şagirdləri üçün təlimlər həyata keçiriləcək.

 

Bu layihə çərçivəsində həyata keçiriləcək təlimlər vasitəsilə ölkəmizdə keçirilən İslam Həmrəyliyi oyunları, multikulturalizm və tolerantlığın Azərbaycan modeli haqqında gənclərə geniş, hərtərəfli məlumatların verilməsi, onların bu sahədəki elmi ədəbiyyatla tanış olmaları və xaricdə yaşayan soydaşlarımızla videokörpülər vasitəsilə müzakirələr aparmaq imkanları təmin ediləcək.

 

Hesab olunur ki, layihənin həyata keçirilməsi nəticəsində gənclərimizdə islam həmrəyliyi ilə bağlı bilgilər artacaq. Bu isə öz növbəsində gənclərdə dünyagörüşün formalaşmasına, biliklərin artmasına gətirib çıxaracaq.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun feysbuk səhifəsi:  https://www.facebook.com/youthfundaz/