GündəmManşetSiyasətXəbər xətti

Suraxanıda Milli Qəhrəman Rafiq Alıcanov yad edildi – FOTO

Bu gün “Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində ”20 Yanvar Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Alıcanov Rafiq Cəfər oğlunun xatirəsinə həsr olunmuş və onun qəhrəmanlıq sərlövhəsi ilə bağlı Suraxanı rayon Gənclər evində yeniyetmə və gənclərlə vətənpərvərlik hisslərinin, vətən sevgisinin aşılanması istiqamətində təbliğat və maarifləndirmə tədbiri həyata keçirilib.

 

Aktor.Az xəbər verir ki, tədbirdə Milli Qəhrəman Rafiq Alıcanovun ailə üzvləri, “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, eyni zamanda tədbirin aparıcısı Emin Həsənli, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İB-nin sədri Mehdi Mehdiyev, “Ehtiyatda olan Zabitlər Konfiderasiyası”nın Səbail rayon şöbəsinin müdiri və ehtiyatda olan polkovnik Xətayi Baxışov, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, QHT TV-nin rəhbəri Cəsarət Hüseynov, “Müvəkkil hüquq mərkəzinin rəhbəri, hüquqşunas Səməd Vəkilov, Sosial Rifah və Tətqiqatlar İB-nin sədri və fact-info satının redaktoru Əkrəm Bəydəmirli, AYB-nin ədəbi işçisi, şairə Güləmail Murad, Jurnalist Fəridə Ləman, “20 Yanvar” İB-nin sədri Sultan Əzimzadə və sədr müavini Mustafa Əliyev, layihənin icraçısı Şəhla Qarayeva, gənc və yeniyetmələr, məktəblilər iştirak edib.

 

Tədbirin gedişatında layihə haqqında məlumat verilmiş, dəvət olunmuş qonaqlar çıxış etmiş, Milli Qəhrəmanımız Rafiq Alıcanovun xatirəsi yad olunmuşdur.

 

Qeyd edək ki, Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “20 Yanvar” İB təşkilatçılığı ilə həyata keçirilir.