DiasporManşetSiyasət

Fuad Muradov Həştərxanda diaspor nümayəndələri ilə görüşdü

Rusiya Federasiyasının Həştərxan şəhərində Heydər Əliyev Fondunin inşa etdiyi Azərbaycan Biznes Mərkəzinin inzibati binasının Azərbaycan diasporuna ayrılmış ofisində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan diaspor nümayəndələri ilə görüşüb.Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən Aktor.Az-a verilən məlumatda deyilir.

Rusiya Azərbaycan Gənclər Təşkilatının regional bölmələrinin rəhbərləri və nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək gənclərin Azərbaycan diasporunun fəaliyyətində oynadığı önəmli rol barədə danışıb.

Komitəsinin sədri həmçinin Həştərxan vilayətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, nümayəndələri və Həştarxanda təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb. Azərbaycanın diaspor strategiyası, Komitənin fəaliyyətinin prioritet istiqamətləri, gələcəkdə Dövlət Komitəsi ilə birgə tədbirlərin keçirilməsi və s müzakirə edilib.

Sonda diaspor təşkilatlarının təmsilçilərinə xatirə hədiyyələri təqdim edib.