Xəbər xətti

Mətbuat Şurası, “Kaspi” qəzeti və “Kaspi” TŞ birgə tədbir keçirəcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Mətbuat Şurası, “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə tədbir keçiriləcək.

Aktor.Az xəbər verir ki, tədbirdə “Kaspi nəşrləri” seriyasından iki yeni kitab – “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və tərtibatçısı Vilayət Quliyev olan Əlimərdan bəy Topçubaşovun “Kaspi”dən seçmələr” təqdim ediləcək.

Tədbirdə həmçinin, ənənəvi “Kaspi” mükafatının builki sahibinin adı açıqlanacaq.

Tədbir sabah – iyunun 1-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində düzənlənəcək.