Xəbər xətti

Azay Quliyev Sloveniyaya gedir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev mayın 30-da Sloveniyaya səfərə gedir.

Azay Quliyev səfər çərçivəsində Sloveniyanın Maribor şəhərində müharibə qurbanlarına həsr edilmiş “Dobrava Memorial Parkı” kompleksi ərazisində Şuranın maliyyə dəstəyi ilə hazırlanmış Xocalı Soyqırımına həsr edilən xatirə lövhəsinin açılış mərasiminə qatılacaq.

Mayın 31-də Azərbaycanın Avstriya və Sloveniyada akreditə olunmuş səfirliyinin yaxından dəstəyi ilə təşkil olunan mərasimdə digər rəsmilər və ictimaiyyət nümayəndələrilə yanaşı Sloveniya prezidentinin həmçinin, Sloveniya parlamentinin Yuxarı Palatasının sədrinin də iştirakı nəzərdə tutulur.

Səfər iyun ayının 1- də başa çatacaq.