DiasporDünya

Beynəlxalq Dil festivalı keçirilib

Mayın 18-dən 20-nə qədər Yunanıstanın Saloniki Şəhər Limanında 6-cı Multilinqualizm Beynəlxalq Dil festivalı keçirilib. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan dilinin təqdimatını keçirib.     

Festival iştirakçıları Azərbaycan dilinin əlifbası ilə tanış olub, Azərbaycan dilində sözlər yazmaq, oxumaq və tələffüz etmək imkanı qazanıblar.

 

Bununla yanaşı Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi münasibətilə tarixi abidələrimiz, Azərbaycanın görməli yerləri ilə bağlı maraqlı məlumatlar verilib.

 

Mərasimdə  geniş auditoriya qarşısında Azərbaycan dilində uşaq şeirləri və Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” şeiri  səsləndirilib.

 

Saloniki şəhərinin İcra Başçısı Cənab Yannis Butaris, İcra Başçısının Təhsil və Idman Üzrə Müavini Cənab Aleksandros Barbunakis və alim Aryiru Mumdidu Beynəlxalq Dil Festivalında Azərbaycan stendini ziyarət ediblər, xatirə şəkilləri çəkilib.