GündəmManşetSiyasət

Attar şikayət etdi, Paylan haqqında araşdırma başlandı

HDP İstanbul Millət vəkili Garo Paylan haqqında “Prezidenti təhqir” maddəsi ilə cinayət işi açılıb.Musavat.com Türkiyənin Cumhuriyyət qəzetinə istinadən xəbər verir ki, prokurorluq Paylan haqda açılmış cinayət işinin dosyesini artıq TBMM-ə göndərib.

Türkiyənin Ədliyyə nazirliyi Paylanın ölkə konstitusiyasının 301-ci maddəsi ilə mühakimə olunmasında heç bir qanunsuzluq olmadığını açıqlayıb və buna rəsmi qaydada icazə verib.

Verilən açıqlamanın ardından Garo Paylan bildirib ki, bütün bu olaylar, 301-ci maddə ilə mühakimə olunmağı onu yolundan döndərə bilməz: “Prokurorlar və 301-ci maddə ilə cəzalandırılmağımı istəyən hökumət yetkililəri məni yolumdan döndərə bilməyəcəklər. Mücadələmdən geri addım atmayacağam.”

Aygün Attar ile ilgili görsel sonucu

Qeyd edək ki, 14 yanvar 2017-ci ildə Giresun Universitetinin keçmiş rektoru, Prof. Dr. Aygün Attar Paylanın TBMM-də etdiyi çıxışına sərt təpki göstərmiş və onu məhkəməyə vermişdi.

O, “Güman edirəm ki, soyqırım adlandırdığım bir şey var. Erməni xalqı başına nə gəldiyini çox yaxşı bilir. Bir zamanlar atamın, dədəmin başına nə gəldiyini çox yaxşı bilirəm. Adını siz qoyun o zaman. Biz “yox” hökmündəyik.” – çıxışından sonra ermənipərəstliyi ilə seçilən millət vəkilinə qarşı Türkiyə Ədliyyə nazirliyindən araşdırılma aparılmağı tələbi irəli sürmüşdü.

Musavat.com bildirir ki, Garo Paylan separatçı kürdlərin partiyası olan HDP partiyasından millət vəkili olsa da, ermənipərəstliyi ilə xüsusi ad çıxarıb və demək olar ki, hər ay Ermənistana səfər edir. Bundan başqa, o, Azərbaycan əleyhdarı kimi də tanınır.