Kriminal

Yasamalda mənzildə qadın meyiti tapılıb

Bakıda mənzildə meyit tapılıb.Aktor.Az FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Abdullayeva Fatma Ələkbər qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.