Xəbər xətti

Dünən cansız bədəni tapılan Baburun ürək dağlayan SON SÖZLƏRİ – VİDEO

2017-ci il dekabrın 23-də Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətinə yola çıxan və qar uçqununa düşərək həlak olan “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun cansız bədənləri dünən aşkar edilib.

İtkin düşmələrindən 5 aya yaxın müddət keçməsinə baxmayaraq, onların qohumları və dostları yaşamalarına dair ümidlərini itirməyib və mütəmadi olaraq sosial şəbəkələrdə onların şəxsi hesablarına mesajlar yazıb.
İtkin düşənlərdən biri Babur Hüseynovun feysbuk hesabında yayımladığı son paylaşım isə insanın qanını dondurur.
Belə ki, o, öz hesabında Rusiyanın “Kauan” qrupunun ifa etdiyi “Kokea Sisar” adlı mahnısını paylaşıb və “möhtəşəmliyə yaxın olmağın sahilində, ya da uçurumun kənarında, ola da bilər ki, toxunulmazlığın üfüqündə” sözlərini yazıb.
Mahnının bir hissəsində isə bu sözlər deyilir:
“Tanrının kor bacısı
Sizi çağırır,
Sizi fısıldayır
Başqa bir unudulmuş sahildən…”(Publika.az)