İqtisadiyyatManşetSiyasət

Nazirin reaksiyasızlığından prezidentə şikayət olundu

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin (ƏVİ) rəhbər işçiləri və əməkdaşlarının əməlləri, qeyri-qanuni hərəkətləri haqda yazdıqlarımıza rəğmən hər şeyin yoluna qoyulacağı ehtimalı getdikcə sıfıra enməkdədir.

Bunu deməyə əvvəlki yazılarımızda ((http://www.mustaqil.az/2018/04/24/vergi-mufəttisləri-pullarimizla-kef-edirlər-sahibkarlarin-harayi-fotolar/,http://www.mustaqil.az/2018/04/29/nazir-mikayil-cabbarov-gozdən-salinir-cənublu-sahibkarlar/, http://www.mustaqil.az/2018/05/03/14264, http://www.mustaqil.az/2018/05/09/cənub-bolgəsinin-vergi-sprutu-umid-mikayil-cabbarovadir/) toxunduğumuz neqativ hallara aidiyyatı orqanların etinasız yanaşması və dəfələrlə müraciət etsək də qarşı tərəfin sadalananlara münasibət bildirməməsi əsas verir, olsun.

 Müstəqil.Az araşdırmalarındadır

Əsas odur ki, biz Müstəqil.Az olaraq sahibkarların və onlara yaxın adamların qarşılaşdığı problemlərin çözülməsi istiqamətində əlimizdən gələni əsirgəmirik, medianın cəmiyyətin müxtəlif sahələrində meydana gəlmiş problərinin aradan qaldırılmasında yorulmadan çalışırıq.

Ölkə başçısının sahibkarlara, iş adamlarına, fermerlərə olan qayğı və diqqətinin müqabilində yerlərdə sünü maneələr də günü-gündən artmaqdadır. Bütün bunlara rəğmən üzərlərinə düşən vəzifələri yerinə yetirməyən səlahiyyət sahiblərinin əməllərinin tezliklə hüquqi müstəvidə qiymətini alacağı sahibkarlrın səbrsizliklə gözlədiyi anlardandır.

Redaksiyamızın elektron poçtuna ünvanlanan şikayət məktublarında bu halların nə qədər ürək ağrıdıcı olduğu duyulsa da, zərərçəkənlərin problemlərinə işıq tutmağımız onların haqq səsinə  səs verməymiz bir o qədər də alqışlanır, ümüd doğurur.

“Akula” sahibkarları əzir

Ötən yazılarımızda olduğu kimi, Müstəqil.Az-a daxil olan yazılı müraciətlərdə bu dəfə əsasən 6 saylı ƏVİ-nin rəhbəri Ədalət Fərəcov, bölmə rəhbəri Bəhruz Kərimov, idarə rəisnin birinci müavini “Akula” ayaması ilə tanınan Namiq Bağırov, Rauf İsgəndərov və digər səlahiyyət sahiblərinin əməlləri sadalamaqla bitmir.

Sahibkarlar Vergilər naziri Mikayıl Cabbarovun bu qədər susqun olması, sadalanan neqativ hallara nazirlik tərəfindən reaksiya verilməməsi də xususi narahatçılığa səbəb olur ki, bu haqda da bəhs olunacaq.

Prezidentə məktub

Əlləri nazirin və nazirliyin səlahiyyətlərinin ətəyindən üzülən iş adamları, həmçinin 6 saylı ƏVİ-nin arxasız, kimsəsiz əməkdaşları çıxış yolunu ölkə başçısı, cənab prezident İlham Əliyevdə müraciətdə görürlər.

Prezidentə ünvanlanan məktub – şikayətdə deyilir:

“Cənab Prezident! Sizin apardığınız siyasət, vətəndaşlara olan diqqət və qayğınız danılmazdır. Ölkənin iqtisadi cəhətdən inkişaf etməsində sizin yürütdüyünüz siyasət təqdirəlayiqdir. Lakin Vergilər Nazirliyinin Cənub bölgəsi üzrə 6 saylı ƏVİ-nin rəhbər işçiləri və onların yuxarıkardakı havadarlarının Sizin uğurlu siyasətinizə kögə salma cəhdləri günü-gündən artmaqdadır….”

“Cəzalandırılsın!”

Şikayət məktublarında sahibkarlar Ölkə başçısından kömək umur, ölkənin vergi siyasətinə kölgə salanaların cəzalandırılmasını xahiş edirlər:

“İnanırıq ki, Sizin iş adamlarına olan diqqətinizdən Vergilər nazirliyinin əməkdaşları da maariflənəcək və yerlərdə olunan haqsızlığa son qoyulacaq”,- məktubda yazılır.

Redaksiyamıza ünvanlanan şikayət məktublarnda, eləcə də hazırda haqqında bəhs olunan Vergilər Nazirliyinin 6 sayl Ərazi Vergi İdarəsinin əməkdaşı olan, lakin adının gizlin qalmasını istəyən başqa bir mənbənin dediklərindən bu qənaətə gəlmək olar ki, yuxarıda adları çəkilən vergi əməkdaşları bildiklərini etməkdədirlər. Məşhur məsəldə deyildiyi kimi,¸dəyirman öz işində, çak-muk baş ağrıtmaqdadır. Mənbə bildirir ki, Ə.Fərəcov və onun yenilməz komandası artıq öz işini möhkəm tutub. Belə ki, Fazil Məmmdova yaxınlığı ilə tanınan və onu qara iqtisadi siyasətinə işıq tutanlardan olan idarə rəhbəri heç kəsdən çəkinmədən Bağdadda kor xəlifənin, Cənub regionunda isə özünün olmasını əməlləri ilə sərgiləməkdədir. Mənbə bildirir ki, onun maraqlarını təmin etməyən vergi işçisi necə işləməsindən aslı olmayaraq işində kənarlaşdırılır.

 

Haqsızlıq

Belə bir hadisənin vaxtı ilə idarənin bölmə rəhbəri olmuş Nazim Tağıyevin də yaşamasını bildirən mənbə onu da əlavə edir ki, əslində Nazim Tağıyevə edilən haqsıszlıq onun yerinə indiki bölmə rəhbəri Bəhruz Kərimovun gətirilməsinə hesablanbmış.

Mənbə əməkdaşımıza verdiyi məlumatda bildirir ki,  Kiçik sahibkarlıqla iş şöbəsinin vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin rəhbəri olan Nazim Tağıyev ona tapşırılan və vəzifəsindən irəli gələn bütün tapşırıqları həyata keçirsə də, idarənin tədbirlərində və iclaslarında Ədalət Fərəcov tərəfindən hər dəfə aşağılanıb, təhqir olunub, əməkdaşlar arasında guya işinin öhdəsindən gələ bilməyən adam kimi xarakterizə olunub.

Kiçik sahibkarlarla iş şöbəsi rəhbəri planı həmişə doldursa da, bu münasibətlər onun tutduğu işdən könüllü olaraq uzaqlaşmasına gətirib çıxarıb.  Mənbə bildiri ki, ona olunan təhqirlərə dözməyən Nazim Tağıyev xahiş edib ki, iş yeri dəyişdirilsin. Onun yerinə Bəhruz Kərimov təyin olunur. Mənbə bildirir ki, Nazim Tağıyevin və digərlərinin 2017-ci ilədə idarəyə təzə rəhbər olaraq təyinat almış Ə. Fərəcovun gözdən salnmasına birinci müavin  Namiq Bağırov  nail olurdu.

 Büdcəyə çatmayan pullar

Mənbə bildirir ki, bütün bunlardan sonra, yəni özlərinə sərf edilən işçilər komanda şəklində fəaliyyətə başladıqdan sonra bölmə rəhbərləri Rauf İsgəndərov və Bəhruz Kərimovun ərazilərə sərbəst girişinə start verilib. Sahibkarlarla fərdi söhbətlər aparılıb və onlara “başa” salınıb ki, ilin sona çatmamsına baxmayaraq illik vergi pulu təcili büdcəyə ödəməlidirlər. Cütlük də əsasən qeydiyyatsız fəaliyyət göstərən iş adamlarına, fermer və sahibkarlara qarşı xüsusi “diqqət “ sərgiləyiblər. Fəaliyyətlərindəki qanunsuz əmllər görə cərimə olunurlar deyə, onlardan alınan pulların büdcəyə gedib çatmadığı iddiasında olan mənbə, belə faktlrın cənub bölgəsində yüzlərlə olduğunu deyir. Mənbə onu da bildirir ki, sahibkarlar vergi ödəyicisi olduğu və cərimə ediləcəyi ilə təlimatlandıran Bəhruz Krimov olsa da, pullar Rauf İsgəndərov trəfindən toplanılır.

Mənbə israrala bildirir ki, 6 saylının ərazisində yerləşən, el arasında “İran bazarı” kimi tanınan və digər ərazilərdə, rayon və kəndlərdə qeydiyyatı olmadan fəliyyət göstərən obyektlərin sayı 10 min civarında və bəlkə də daha çoxdur. Bu obyektlər hal-hazırda yenə də fəaliyyət göstərir. Onların qanuna zidd fəaliyyətinə isə vergi müfəttişləri rəhbərlərinin diqtəsi ilə şərait yaradılır.Dediyimiz kimi, dövlətə ödəniləcək vergi isə qeydiyyatları və VÖİN – ləri olmadğına görə şəxsi maraqların təminatına yönəldilir.

Seperat danışıqlar

Mənbə bildirir ki, Bəhruz Kərimov və digər vergi müfəttişləri sahibkarlarla görüşdə nazirliyin büdcəsində kəsir olduğunu bildirir və tələblərində bu kəsirlərin aradan qaldırllması istənilir.Sahibkarların vergi müfəttişləri ilə seperat danışıqları isə əslində hər iki tərəfə sərf edir. Sahibkar vergini qanunda nəzərdə tutulduğundan az ödəyir, vergi müəfəttişləri isə obyektlərin qeydiyyatsız olmasından istifadə edərək ödənilən pullarin üstündən rahatlıqla “su içə” bilir.

Mənbə bir qrup iş adamının əlavə olaraq, aldadılaraq onlardan alınan pulları verməməkdə israrlıdır.Onların ödəmə adı ilə yenidən yığılan pulların harada olmasını Ədalət Fərəcova ünvanladıqları məktubdan da görmək olar.

 Vergi toplamada problemlər

“Hörmətli Ədalət Fərəcov, bizdən tələb etdiyiniz orta aylıq vergini pulları sizin yanınızdakı rəhbər işçilərdədir. Onlar bunlardır.

1. Nicat Abdullayec.

2. Şöbə müdürü Əliyev Valeh Yaşar oğlu.

3. şöbə müdürü  Babaye Əli Elşad oğlu.

4.Vergi müfəttişləri Ağayev Hakim Gülmalı oğlu, Əliyev Kamran  Tariyel oğlu, Rufullayev Xəyyam, Niftaliyev İlqar, Şahbazov Elçin Cavab oğlu, İbrahimov Bulud Firudin oğlu.

Siz və birinci müavin Namiq Bağırov bunu yaxşı bilirsiniz. Ərazinin gizli yoxlama, qəzet və illik kassa adları ilə pulu obyektlərin qara siyahı dəftərinin kimlərdə olmasını da həmçinin.

Mənbə bildiri ki, bu günlərdə nazir Mikayıl Cabbarov nazirlikdə konfrans keçirib. Konfransda şəffaf əməkdaşlıq, qeydiyyat, bir də ödənişlə bağlı müzakirələr olub.Mənbə bu konfransdan sonra 6 saylı ərazi vergi idarəsinin adları yuxarıda çəkilən əməkdaşlarının ərazilərdə olmasını, 3-4 ayın vergisinin qabaqcadan ödənilməsi istiqamətində danlşıqlar aparmasını da xususi ilə qeyd edir.Yəni, nazir aylıq vergilərin azlığını neqativ hal kimi dəyərləndirir. Elə buradan da guman etmək olar ki, vergi kəsirinə səbəb vergi qoçularının özlərinə xidmət göstərmələrindədir./Müstəqil.Az