Prezident Şirməmməd Hüseynovun qızını PA-da şöbə müdiri təyin etdi

Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib.Aktor.Az-ın məlumatına görə, bu gün Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamına əsasən, Fərəh Əliyeva Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bu postu Fərəh Əliyevadan öncə -2017-ci il iyunun 1-nə qədər Fatma Abdullazadə tutub.

Xatırladaq ki,  F.Əliyeva Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun qızıdır.

 

.