GündəmİqtisadiyyatManşetSiyasət

Prezident “Dinamo” otelinin açılışında

Bu gün Bakıda “Dinamo” otelinin açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsiblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.

Sonra Azərbaycan Prezidenti otelin kollektivi ilə görüşüb.