FotoGündəmManşetSiyasətXəbər xətti

Yuşenko Nazim İbrahimovun qızının toyunda – FOTOLAR

Xəbər verildiyi kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin eks-sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova iş adamı Kamran Əliyevə ərə gedib.

Aktor.Az xəbər verir ki, toy mərasimi mayın 5-də “JW Marriott Absheron” oteldə keçirilib.

Toyda cütlüyün ailə üzvləri və dostları, eləcə də şou-biznes nümayəndələri iştirak edib.

Dəbdəbəli toy mərasimində həmçinin Ukraynanın sabiq prezidenti Viktor Yuşenko da iştirak edib. Onun fotosu sosial şəbəkələrdə paylaşılıb. Fotoda eks-dövlət başçısının “Lider” telekanalının prezidenti Ədalət Əliyevlə birlikdə dayandığı əks olunub.