Kriminal

Yasamalda yol qəzası – ölən var

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.DİN-dən verilən məlumata görə, aprelin 26-da saat 20 radələrində Yasamal rayonu ərazisində Füzuli rayon sakini Kərəm Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurub.

 Nəticədə K.Əliyevin sərnişini – arvadı Ağgül hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.