Qaradağda vulkan püskürdü – FOTO

Qaradağ rayonunda palçıq vulkanı püskürüb.Aktor.Az-ın Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata əsasən, 22 aprel 2018-ci il tarixində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında 2 dəfə püskürmə baş verib. Birinci püskürmə səhər saat 08:00-də, ikinci isə saat 10:00-da radələrində qeydə alınıb. Hazırda proses davam edir.

Qeyd edək ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq müşahidələr həyata keçirilir.

Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 11 dəfə püskürüb. Sonuncu dəfə bu ərazidə 2018-ci ilin martın 1-də vulkan püskürməsi qeydə alınıb.

.