Suriyada Rusiya telekanalının müxbiri güllələndi – FOTO

Dəməşqdə Çeçenistanın “Qroznı” telekanalının ştatdan-kənar müxbiri həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov öz “VKontakte” səhifəsində məlumat paylaşıb. “Dəməşqdən acı xəbər gəldi.
Cümə namazından əvvəl Dəməşqdə dəqiq atəşlə “Qroznı” teleradio şirkətinin Suriyadakı ştatdan-kənar müxbiri, Suriya vətəndaşı İhab Balan qətlə yetirilib”, – deyə Kadırov yazır. 
.