Kriminal

Bakıda yol qəzası – 2 nəfər öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.Aktor.Az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinad verdiyi xəbərə görə, aprelin 21-i saat 01 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” (yük) və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş E. Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.