Tanınmış televiziya aparıcısı Ceyhun Əli təyinatı ilə bağlı xəbərlərə aydınlıq gətirdi

Tanınmış televiziya aparıcısı Ceyhun Əli “AzerTelecom” şirkətində  İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya Departamentinin rəhbəri vəzifəsinə təyin edilib. Aktor.Az xəbər verir ki,bununla bağlı o öz şəxsi feysbuk səhifəsində açıqlama yayıb.

“”AzerTelecom” şirkətinin rəhbərliyi ilə aparılan danışıqlardan sonra yaradıcı şəxs olaraq, potensialımı İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya sahəsində inkişaf etdirməyə qərara verdim. AzerTelecom şirkətinin hədəfə aldığı irimiqyaslı layihələrin həyata keçirilməsində yeni komanda ilə çalışmaq sevincini də sizinlə paylaşmaqdan məmnunam.

Qeyd edim ki, aparıcı və telejurnalist olaraq fəaliyyətim dövründə Azad Azərbaycan MTRK-nın həyatımda çox böyük rolu olub. Məhz bu səbəbdən ATV kanalı ilə əməkdaşlığı hər iki tərəfin razılığı əsasında bundan sonra da davam etdirəcəyəm. Hər birinizə hörmət və ehtiramımı ifadə edirəm!”

Qeyd edək ki, Ceyhun Əli peşəkar televiziya aparıcısı olmaqla yanaşı, müxtəlif forum və konfransların spiker və moderatorudur. Bununla yanaşı, o, müxtəlif yerli və xarici şirkətlərlə korporativ kommunikasiya, nüfuz menecmenti, brendlərin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq edib.

 

.