ManşetSiyasətXəbər xətti

“Aİ-nin İnsan Alverinə Qarşı Mübarizə” gününü qeyd olunacaq

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Beynəlxalq Miqrasiya TəşkilatınınAzərbaycandakı Nümayəndəliyi (BMqT) kütləvi informasiya vasitələrinin nümayəndələrini “Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə” gününə dəvət edir.

Aktor.Az xəbər verir ki,tədbirin başlıca məqsədi insan alveri və onun nəticələrinin geniş auditoriyanın diqqətinə çatdırılması, eləcə də insan alverinin aradan qaldırılmasına yönəlik Aİ strategiyasına, həmçinin həssas vəziyyətdə olan şəxslərin və miqrantların fundamental haqlarına dair məlumatlılığının artırılmasıdır. Panel müzakirələr şəklində keçiriləcək tədbirdə, dəvət olunmuş beynəlxalq və yerli ekspertlər insane alverinə qarşı mübarizə istiqamətində mövcud təcrübələrini bölüşəcəklər.

Tədbir 18 oktyabr 2017-ci il tarixində Hyatt Görüş və Konfrans Mərkəzinin Şuşa zalında rəsmi qeydiyyat hissəsi saat 09:00-da başlamaqla 09:30-12:30 aralığında keçiriləcəkdir. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlara kofe/çay və qəlyanaltıya dəvət olunacaqlar.

Sözügedən tədbir hazırda BMqT tərəfindən icra olunan “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində keçirilir. Layihə hərtərəfli və çox istiqamətli yanaşma tətbiq etməklə insan alverinə qarşı mübarizədə və bununla da transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycan Hökumətini dəstəkləmək məqsədi daşıyır.

Tədbir zamanı açılış nitqləri ilə Aİ Nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas, Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə mübarizə üzrə baş idarəsinin rəisi polis polkovniki Heydərov Heydər və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Serhan Aktoprak çıxış edəcəkdir. Tədbirə nazirlik və dövlət idarələrinin yüksək rütbəli rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri, BMT agentlikləri və Bakıda yerləşən digər beynəlxalq təşkilatların nümayəndələri qatılacaqdır.

Tədbirdə iştirakınızı səbirsizliklə gözləyirik və tədbirlə bağlı yarana biləcək suallarınızın cavablandırılması üçün, eyni zamanda 17 oktyabr 2017-ci il tarixinə qədər iştirakınızı təsdiq etmək məqsədi ilə BMqT-nin Bakı ofisinin layihə köməkçisi Nərgiz Rəsulova ilə 012.465 90 71/72 (daxili nömrə 13) əlaqə nömrələri və ya [email protected] elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlanılmasını xahiş edirik.