KriminalXəbər xətti

Yevlaxda ağır qəza – ölən var

Yevlax rayonunda ağır yol qəzası baş verib.”Report”un məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində “Ford Transit” markalı 01-BM-681 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq “KamAZ” markalı 09-BC-050 dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb.

Nəticədə bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb, daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir. Hadisə zamanı zərərçəkənlərin hamısı “Ford Transit”də olublar.

Faktla bağlı araşdırma aparılır.