Bu gecə müharibə başladı, qırıcılar Suriyanı bombaladı – VİDEO

Bakı vaxtı ilə gecə saat 4-5 radələrində ABŞ prezidenti Donald Tramp, Dumada kimyəvi silah hücumuna cavab olaraq, Suriya ərazisinə raket zərbələri endirmək barədə əmr verib. Aktor.Az xarici mediaya istinadən xəbər verir ki, hücuma Böyük Britaniya və Fransa da qoşulub.

Suriyanın paytaxtı Dəməşq və ətraf ərazilərdəki kimyəvi silah zavodları və anbarları dənizdəki hərbi gəmilərdən “Tomaqavk” qanadlı raketləri və qırıcılarla vurulub.

Dəməşqdə şiddətli partlayış səsləri eşidilib, göyüzünü ağ duman bürüyüb.

Ağ Evdə kameraların qarşısına keçən prezident Donald Trapm bu sözləri deyib: “Hücum əmri verdim, İngiltərə və Fransaya təşəkkür edirəm”.

 

.