“Real” və “Bavariya” yarımfinalda – VİDEO

UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin son oyunları keçirilib.Aktor.Az xəbər verir ki, Madriddə  “Yuventus”u qəbul edən “Real” 1:3  hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib. Madridlilər ilk matçda rəqib komandanın qapısından 3 cavabsiz top keçirə bilmişdilər.

Digər oyun Almaniyada, Münhen “Bavariya”sı və “Sevilya” aralarında keçirilib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb. İlk oyun almanların 1:2 hesablı qələbəsi ilə yekunlaşdığına görə, “Bavariya” turnirin yarımfinalına yüksəlib.

Beləliklə, ÇL-ın yarımfinalında “Roma”, “Liverpul”, “Real Madrid” və “Bavariya Münhen” komandaları oynayacaqlar.

 

.