FotoManşetXəbər xətti

Ağdaşda seçicilərlə görüş keçirilib – FOTOLAR

Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda seçicilərlə keçirilən görüşlər davam edir.

Aktor.Az xəbər verir ki, Ağdaş rayonunun Qaradeyin və Eymur kəndlərindən olan seçicilərlə keçirilən görüşdə millət vəkilləri  Cavid Osmanov,  Elman Nəsirov və Sabir Hacıyev iştirak ediblər.

Görüşü millət vəkili, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov açaraq son 15 ildə ölkədə görülmüş işlərə ümumilikdə nəzər saldı. Bu gün Azərbaycanın regionda ən güclü dövlətə çevrilməsinin əsasını cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olduğunu vurğulayan Cavid Osmanov gələcək inkişafımızın da məhz İlham Əliyev tərəfindən təmin olunacağını qeyd etdi.

Görüşdə millət vəkilləri Sabir Hacıyev və Elman Nəsirov çıxış edərək Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlardan bəhs etdilər.

Seçicilər adından çıxış edənlər – Rahilə İsayeva və Əlizadə Yusifov bildirdilər ki, ağdaşlılar prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən bəyənirlər. Bu səbbədən də onların başqa bir seçimi ola bilməz. Onlar öz seçimlərini bir daha təsdiqləmək üçün ayın 11-ni səbrsizliklə gözləyirlər.