DinSosialXəbər xətti

Nəzir qutularına yığılan pulların aqibəti necə olur?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş tədbirdə məscidlərdəki nəzir qutularına onun nəzarət etməsi ilə bağlı yayılan şayiələrin həqiqəti əks etdirmədiyini açıqlayıb.

Virtualaz.org saytı məscidlərdəki nəzir qutularına yığılan ianələrin hara bağışlandığını araşdırıb.

“Məşədi Dadaş” məscidinin işçiləri onlarda ümumiyyətlə nəzir qutusunun olmadığını bildiriblər.

“Cümə məscidi”nin Hacı adlı əməkdaşı məscidə gəlib-gedən olmadığını, işçilərin özlərinin güclə dolandıqlarını söyləyib.

Qeyd edək ki, ötən ilin iyulunda president İlham Əliyevin sərəncamı ilə Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrılıb. Həmçinin, “İslam Həmrəyliyi ili”nin davamı kimi 2018-ci ildə keçiriləcək əlavə tədbirlərin maddi təminatı üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə dörd milyon manat ayrılıb.