Kriminal

Salyanda yol qəzası: ölən var

Salyan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.DİN-dən verilən məlumata görə, aprelin 5-də saat 5 radələrində Salyan şəhərinin ərazisində Arbatan kənd sakini Fərzalı Fərəcov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən rayon sakinləri Kəmalə Əsgərovanı və Səriyyə Əhədovanı vurub.

Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, S.Əhədova orada ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.