GündəmManşetSiyasətXəbər xətti

Ölkənin əsas bayrağı niyə söküldü? – NÖQSAN

“Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub”.APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov bildirib.

A.Şərifovun sözlərinə görə, yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib: “Buna görə də, xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları məşğul olduğundan sonrakı məsələlər barədə məlumatsızam”.