DünyaİdmanManşetVideo xəbərXəbər xətti

Ronaldo möhtəşəm qoldan sonra Azərbaycanla oyunu xatırladı – VİDEO

“Möhtəşəm qol vurdum. Belə qol vuracağamı gözləmirdim”.Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Real”ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/4 finalında “Yuventus”a 3:0 hesabı ilə qalib gəldikləri oyunda vurduğu 2-ci qolu şərh edərkən deyib.

Portuqaliyalı hücumçu bu möhtəşəm qolun ona yığmanın heyətində 2008-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qapısına vurduğu aşırma zərbəni xatırlatdığını bildirib: “Bir dəfə də belə qol vurmuşdum. Görüşdə top qapı tirinə dəyib, içəri daxil olsa da, qol sayılmamışdı. “Yuventus”a vurduğum ikinci top isə mənim ən gözəl qolumdur”.