FotoGündəmManşetSiyasətXəbər xətti

Zakir Həsənov Türkiyənin PUA istehsal edən şirkətində – FOTO

Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov pilotsuz uçuş aparatları istehsal edən “Baykar Makina” şirkətində olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, müdafiə naziri müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib.