KriminalVideo xəbərXəbər xətti

“Quli”ni təhqir edən “Rahim Şəkinski” Fransada güllələndi – VİDEO

Fransada yaşayan iki azərbaycanlı güllələnib.Fransa mediasının yaydığı məlumata görə, hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.

Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.

Rahim Namazov (Rahim Şəkinski ləqəbli) kriminal aləmdə Lotu Quli kimi tanınan Nadir Səlifovu “Youtube”da təhqir etmişdi.

Güllələnən Rahim Namazovun vəziyyəti ağırdır, arvadı isə xəstəxanada ölüb.

“Rəhim Şəkinski”nin təhqir etdiyi şəxslərin yaxınları tərəfindən cəzalandırıldığı ehtimal olunur.