ManşetSiyasətXəbər xətti

Deputat Azay Quliyev seçiciləri ilə görüşdü – FOTOLAR

Milli Məclisin deputatı Azay Quliyev bu gün YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib. Deputat seçicilərini ayrılıqda dinləyərək onların problemləri ilə maraqlanıb.

Müraciətlər əsasən məşğulluq, mənzil-kommunal, hüquq, təhsil, əfv, əmlak məsələləri və digər mövzuları əhatə edib. Azay Quliyev seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını və onların həlli üçün müvafiq addımlar atacağını qeyd edib.
Deputat görüşdə vurğulayıb ki, yalnız seçicilərin ona ünvanlanan müraciətlərini aidiyyatı qurumlara göndərməklə kifayətlənmir, eyni zamanda onların icra vəziyyətini də daim diqqətdə saxlayır.

Azay Quliyev indiyə qədər olduğu kimi bundan sonra da zəruri hallarda seçicilərin problemlərini Milli Məclisdə səsləndirəcəyini bildirib.

 

1.jpg (60 KB)

29749632_10155770664013645_9051216040175061579_o.jpg (365 KB)

29745037_10155770664163645_6148868987232635870_o.jpg (258 KB)