KriminalXəbər xətti

Salyanda 47 yaşlı kişi özünü asdı

Salyan rayonunda 47 yaşlı kişi özünü asaraq intihar edib.Report xəbər verir ki, hadisə rayonun Kürqaraqaşlı kəndində baş verib.

Belə ki, kənd sakini 1971-ci il təvəllüdlü Tahir Rəsmi oğlu Hüseynov yaşadığı evin həyətindəki tövlədə  özünü asaraq intihar edib.

Faktla bağlı araşdırmalara başlanılıb.