FotoGündəmManşetXəbər xətti

İcra başçısının “BMW”si ağac altında qaldı – FOTO

Masallıda güclə külək fərdi evlər, yaşayış binaları və sosial obyektlərlə yanaşı, avtomobillərə də zərər yetirib.APA-nın məlumatına görə, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun xidməti avtomobilinin üzərinə də ağac aşıb.
Ağacın “BMW” markalı avtomobilin üzərinə aşması nəticəsində avtomobilin ön şüşəsi sınıb, digər avadanlıqları da zərər görüb.