Onlayn mediaya dövlət dəstəyi vacibdir” – Azər Həsrət

Media məsələləri üzrə ekspert Azər Həsrət deyir ki, Azərbaycan dünya informasiya müstəvisində önə çıxa bilməsi üçün xarici dildə yayımların təşviq edilməsi vacibdir

“Onlayn mediada reklam bazarının istənilən səviyyədə olmamasından onlara dövlət dəstəyi mütləqdir”. Bunu Azərbaycan jurnalistlərinin VII qurultayında çıxış edərkən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Media məsələləri üzrə ekspert Azər Həsrət deyir ki, çap mediasının dövrü artıq başa çatmaqdadır.

“Biz son illər çağırış edirik ki, mediaya göstərilən dəstəyin daha çoxu onlayn media resurslarına yönəldilsin. Mediaya göstərilən dəstək, xüsusən də onlayn mediaya göstərilsə, bu, ümumi işin də xeyrinə olar. Biz istərdik ki, dövlətin dəstəyi hesabına ən son texnologiyalar mənimsənilsin və tətbiq edilsin. Həmçinin bu texnologiyalarla işləməyi bacaran kadrların hazırlanması üçün xüsusi vəsaitlər ayrılsın. Azərbaycan dünya informasiya müstəvisində önə çıxa bilməsi üçün xarici dildə yayımların təşviq edilməsi vacibdir”, — deyə o Sputnik-Azərbaycan-a bildirib.

Qeyd edək ki, martın 10-da Bakıda Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.

.