KriminalXəbər xətti

10 yaşlı uşaq 4 yaşlı qardaşını güllələdi – Xaçmazda

Xaçmaz rayonunda 10 yaşlı oğlan qardaşını güllələyib.“Report” xəbər verir ki, hadisə rayonun İlxıçı kəndində qeydə alınıb.

Məlumata görə, E.Ş. evdə nəzarətsiz qalan tüfənglə ehtiyatsız davrandığından 4 yaşlı qardaşı R.-ya atəş açıb.

Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.