Şəhriyar Məmmədyarov liderdir

Bu gün şaxmat üzrə İddiaçılar Turnirinin üçüncü turu keçiriləcək.Aktor.Az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov üçüncü turda ABŞ təmsilçisi Fabiano Karuano ilə qarşılaşacaq. İkinci turda Şəhriyar Məmmədyarov erməni Levon Aronyanla heç-heçə edib.

İki turun nəticələrinə əsasən, turnir cədvəlində ilk pillədə Məmmədyarov, Kramkin və Karuana (1,5 xal), ikinci pillədə Aronyan, Qrişyuk və Din Lijen (1 xal), üçüncü pillədə isə Karyakin və So (0,5 xal) qərarlaşıblar.

 

 

.