AvtoKriminalXəbər xətti

Bakıda maşın piyadanı vurdu

Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un xəbərinə görə, 1991-ci il təvəllüdlü Nəzərov Kamal Atabala oğlu rayonun 9-cu mikrorayonu ərazisində yolu keçərkən minik avtomobili tərəfindən vurulub.

Piyadanın xəsarət aldığını görən sürücü hadisə yerindən qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.