Ayselin “Qadın”ına klip çəkildi – VİDEO

Həmişə tamaşaçıları və dinləyicilərinin görüşünə fərqli layihələrlə gələn “Ozan MVV Production” bu dəfə də yeni, maraqlı klip təqdim edib.

 

Aktor.Az xəbər verir ki, söhbət gənc və istedadlı şairə Aysel Xanlar qızı Səfərlinin müəllifi olduğu “Qadın” adlı şerinə çəkilmiş klipdən gedir. Şairənin dilindən səslənən görüntülər Azərbaycan klip sənətində orijinallığı ilə seçilir. Layihənin prodüseri, bir çox media layihəsinə imza atmış, Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü olan, “Ozan MVV Production”-nun baş direktoru,tanınmış prodüser Altay Yaşardır.

 

Altay Yaşarın dediklərinə görə, ümumi mövzu qadın olsa da, şairənin yanaşması fərqli və maraqlıdır.

 

Onu da qeyd edək ki, “Qadın” klipinin rejissoru Elnur Elmanoğludur.

 

 

Xatırladaq  ki, 1982-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olan Aysel Xanlar qızı Səfərli ixtisasca filoloqdur.

Uşaq yaşlarından şeirə,musiqi və ədəbiyyata olan böyük sevgisi, marağı və içində qaynayan ilham bulağı onu şeirlər yazmağa sövq edib.

“Ziya” ədəbi məclisinin yetirməsi olan Aysel məktəb illərindən müxtəlif qəzet və jurnallarda,(“Ulduz”,”Məşəl”,Ədəbiyyat və s.)almanax şeirlər kitablarında şeirləri ilə çıxış edir.

2003-cü ildə Bakı “Şirvannəşrdə” işıq üzü görən “Bir dünya var”adlı kiçik şeirlər kitabının müəllifidir. Rayon ve respublika tədbirlərinin fəal iştirakçısı olub. Uzun illər İspaniya Krallığında yaşadığı müddətdə şeirlər yazmağa davam etsə də,mətbuatdan bir az uzaq düşmüşdü.

Ailəlidir, bir qızı,bir oğlu var.Həyat yoldaşı Səfa Rəşid də yaradıcılıqla məşğul olur,mətbuatda şeirləri dərc olunur.

İncəsənət və yaradıcılığa olan vurğunluq ailədə uşaqlardan da yan keçməyib.Uşaqlarda olan rəsm qabiliyyəti, şahmat, musiqi bacarığı bunu bir daha sübut edir.

 

 

 

 

.