AfişaAvtoDiasporDinDünyaƏdəbiyyatFotoİdmanİqtisadiyyatKinoKÖŞƏKriminalManşetMediaMədəniyyətMüsahibəSağlıqSiyasətSosialŞou-biznesTexnologiyaTəhsilXəbər xəttiНА РУССКОМ

“VAZ” dərəyə düşüb – xəsarət alan var

Ucar rayonunda yol qəzası olub.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Qarabörk kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı dərəyə düşüb.

 

Sıxılmış vəziyyətdə qalmış sərnişin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.