DiasporDünyaFotoGündəmManşetSiyasətXəbər xətti

Monteneqro mətbuatından Xocalı soyqırımına diqqət – FOTOLAR

Monteneqronun internet portallarında Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin üzvü Sanida Şabotiçin “Bu gün Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədilmişdir” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə 26 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı dəhşətli cinayət və soyqırım törədildiyi, Azərbaycan ərazilərinin ermənilərin əsassız ərazi iddiaları nəticəsində təcavüzlə işğal olunduğu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyü bildirilib. Uşaq, qadın və qocaların belə xüsusi amansızlıqla qətl edildiyi vurğulanıb. Bütün bunlara baxmayaraq Azərbaycan dövlətinin münaqişənin sülh yolu həll olunması istiqamətində səylərini davam etdirdiyi, BMT TŞ-nin işğal olunmuş ərazilərin qeyd şərtsiz azad olunması haqqında qətnamələrinin yerinə yetirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyi, cinayətkarların beynəlxalq hüququn prinsipləri çərçivəsində cəzalandırılmasını tələb etdiyi bildirilib. Məqalə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözləri, soyqırım qurbanların xatirəsinin yad edilməsi və belə cinayətlərin bir daha təkrarlanmaması üçün bəşəriyyətin də məsuliyyət daşıması fikri ilə yekunlaşıb.
Xatırladaq ki, Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi və Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə cari il fevralın 15-dən Monteneqronun şəhərlərində Xocalı soyqırımını əks etdirən bilbordlar quraşdırılıb.