FotoGündəmManşetSiyasətXəbər xətti

Tbilisidə Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib – FOTOLAR

İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Dostları Klubu və “Borçalı-İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib.

Aksiya iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər.

Xocalı soyqırımının tanıdılması və təbliğatı üçün gürcü dilində çap etdirilən bukletlər yolboyu Tbilisi sakinlərinə və turistlərə paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.