GündəmManşetSiyasətXəbər xətti

Millət vəkilləri Vyanaya səfərə gedirlər

Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad  Həsənov və Ülviyyə Ağayeva ATƏT Parlament Assambleyasının  Avstriyada keçiriləcək qış sessiyasının işində iştirak etmək üçün fevralın 21-dən 24-dək bu  ölkədə  səfərdə olacaqlar. 

Aktor.Az xəbər verir ki, Vyana şəhərində keçiriləcək sessiya çərçivəsində əvvəlcə  deputatlarımız qurum  rəhbərliyinin iştirakı ilə Daimi Komitənin iclasına qatılacaq, sonra isə təşkilatın Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Siyasi məsələlər və təhlükəsizlik  komitələrinin iclaslarında  iştirak  edəcəklər. Toplantıda  iqlim dəyişikliyi və onun qlobal fəsadlarının uzunmüddətli mübarizə  strategiyasının hazırlanması, ATƏT məkanında silahlara nəzarətlə bağlı yaranan problemlər və silah  yayılmasının qarşısının alınması, yanlış informasiyaların  demokratiyaya  təsirləri mövzusunda  müzakirələr  aparılacaq.

Deputatlarımız səfər  çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclasına da qatılacaqlar. Burada qurumun əsasnaməsinə əlavə və dəyişiklər  ediləcək, Yunanıstan və Moldovanın təşkilat üzvlüyünə qəbuluna, İpək Yolunun bərpası təşəbbüsünü dəstəkləyən qətnamə layihəsinə, bu ilin martın 13-14-də Milli Məclislə qurumun birgə təşkilatçılığı ilə  keçiriləcək “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransı”na dair məsələlər müzakirə olunacaq.

Deputatlarımız müzakirə edilən məsələlərlə bağlı öz fikirlərini açıqlayacaqlar.