KriminalVideo xəbər

Lotu Qulini təhqir etdi və öldürüldü – VİDEO (18+)

Rusiyada Avropa “obşyakı”nın nəzarətçisi Şexy Həmzət kimi tanınan, Həmzət Qastamirovun cinayətkar klanının çeçen üzvü öldürülüb.Oxu.Az-ın xəbərinə görə, bu barədə cinayətkar dairələrə yaxın olan mənbələr məlumat verib.

Timur adlı kişi idarə etdiyi “Mercedes” markalı avtomobilin sükanı arxasında, naməlum şəxslər tərəfindən güllələnib. Cinayətkarlar avtomobilə avtomat silahlardan çoxsaylı atəş açıb. Hələlik hadisənin Rusiyanın hansı ərazisində törədildiyi məlum deyil.

Bundan bir müddət əvvəl Timur internetdə  hazırda Türkiyədə yaşayan və iddiaya görə, çeçen Əziz Batukayevin ticarət obyektlərini ələ keçirməyə çalışan Nadir Səlifova (Lotu Quli) ünvanlanmış video-müraciət yaymışdı.

Timur həmin videoda açıq şəkildə Qulinin cəzalandırılacağını deyib. Ehtimal edilir ki, məhz bu təhdid dolu ismarıc qanlı qətlin törədilməsinə yol açıb və nəticədə Timur qətlə yetirilib. Bu, hələlik versiyadır.

Fevralın 19-da Həmzət Qastamirovun yaxınları bu informasiyanın həqiqəti əks etdirmədiyini bəyan edib. Onların sözlərinə görə, Timur sağdır, internetdə yayılan videoda danışan şəxs o deyil.

Qeyd edək ki, Qastamirov hal-hazırda Almaniyada yaşayır. O, 2016-cı ilin avqust ayında öldürülmüş qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşlığı sayılır. Qastamirov Lənkəranskinin qisasını alacağına and içib.