“SOCAR”ın baş mühəndisi özünü 8-ci mətbədən atdı

Bu gün saat 11 radələrində “Neftqazelmitədqiqatlayihə” institutunda intihar hadisəsi baş verib. 
Aktor.Az SOCAR-a istinadən xəbər verir ki, institutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib.
İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depresiyadan əziyyət çəkib və müalicə olunurdu.
Hadisə ilə bağlı araşdırma aparılır.
.